Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 06:17

JMK 'Turan'a cinayət işinin açılmasını pisləyir


"Turan" İA-da axtarış aparılır
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

"Turan" İA-da axtarış aparılır

Jurnalistlərin Müdafiə Komitəsi (JMK) Azərbaycan hakimiyyətini «Turan» İnformasiya Agentliyi ilə bağlı açılmış cinayət işini dayandırmağa səsləyib.

Nyu-Yorkda mənzillənən beynəlxalq qurum agentliyin normal fəaliyyətindən ötrü şəraitin yaradılmasını vacib sayır.

«Azərbaycan hökuməti dəfələrlə müstəqil və müxalifyönlü medianı susdurmaq üçün siyasi motivli cinayət ittihamlarından istifadə edib. Biz Azərbaycan hakimiyyətini «Turan» İnformasiya Agentliyinə qarşı siyasi motivli istintaqı və müstəqil jurnalistləri «qanun pərdəsi» altında qorxutmağı dayandırmağa səsləyirik», - JMK-nin Mərkəzi Asiya üzrə koordinatoru Nina Ognianova bildirib.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti «Turan» İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaqın başlandığı bildirilir.

Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib.

«Turan» İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Artıq «Turan» agentliyi vergi yoxlaması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Məhkəmədən agentliklə bağlı nazirliyin çıxardığı qərarların, o cümlədən səyyar vergi yoxlamasının keçirilməsinin qanunsuz və etibarsız sayılması istənilib.

Mehman Əliyev: Sənədlərdə problem yoxdur
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları «Turan» agentliyinin ofisinə gəliblər. Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar. «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev baş verənləri «axtarış» adlandırıb. O deyib ki, seyflər, disklər baxışdan keçirilib.

M.Əliyev həmçinin vurğulayıb ki, onlar sənədlərin sürətlərini çıxarıb Vergilər Nazirliyinə təqdim etməyə hazırlaşıblar. Bundan ötrü onlara vaxt da verilib. Ancaq nazirliyin əməkdaşları sonradan bunu gözləməyərək özləri agentliyə gəliblər. Dünən, avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.

Azərbaycan rəsmiləri isə ölkədə müstəqil və müxalif KİV-lərin boğulması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar hesab edirlər ki, hər hansı bir KİV-də vergidən yayınma halının üzə çıxarılması heç də ifadə azadlığına basqı kimi dəyərləndirilməməlidir. Üstəlik, onlar bildirirlər ki, hər il Prezident Yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə qəzetlərə maddi yardımlar edilir. Ölkədə bu il 250-dən çox jurnalistə pulsuz ev verilib. 4 il əvvəl də eyni təşəbbüsü xatırladan rəsmilər bunu dövlətin jurnalistikaya qayğısı kimi təqdim edirlər.

Ancaq «Turan» İnformasiya Agentliyi jurnalistlərə pulsuz ev verilməsi prosesinə qatılmayıb. Agentliyin direktoru M.Əliyev deyib ki, bu, jurnalisti və onun təmsil olunduğu KİV-i hakimiyyətdən asılı vəziyyətə salır.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə «Turan» agentliyinə siyasi təzyiqlərin olması fikri ilə razılaşmadığını bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG