Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:37

47 min müəllimliyə namizəddən 42 mini 'ələnib'


İmtahan

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələrini açıqlayıb.

Nazirliyin press-relizində bildirilir ki, vakansiya seçiminə test imtahanlarında müvafiq keçid balını toplayan namizədlərin hamısı qatılıb.

İştirakçılardan 5 min 225 nəfərin növbəti, sonuncu mərhələyə keçmək hüququ əldə etdiyi bildirilir.

Nazirlik vurğulayır ki, vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Müvafiq keçid balını toplayan, lakin bu seçdiyi vakant yeri tutmağa kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər sentyabrın əvvəllərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə biləcəklər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə iyul ayının 1-də başlanıb. Müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.

Rəsmi bilgilərə görə, imtahanlarda ümumilikdə 47 min nəfər iştirak edib.

2017-2018-ci tədris ilində məktəblərdə müəllimlərdən ötrü 8 min boş iş yeri müsabiqəyə çıxarılıb. Başqa sözlə, hər boş iş yeri uğrunda 6 nəfər mübarizə aparırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG