Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:08

Senator Trump-ı 'bacarıqsızlıqda' ittiham edir


Bob Corker

Respublikaçı senator ABŞ prezidenti Donald Trump-ın «bacarıqsızlığının» ölkəyə təhlükə yaratdığını deyib.

Senatın Xarici əlaqələr komitəsinin sədri olan Bob Corker-i Trump dövlət katibi vəzifəsinə qoymaq istəyirdi. O, avqustun 17-də deyib ki, Trump radikal dəyişikliklər etməsə, ölkəni «böyük təhlükə»yə sala bilər.

Corker bunları nooga.com-da yerləşdirdiyi videoda söyləyib. Bundan öncə Trump irqçiliyi əvvəlcə pisləsə də, sonradan başqa cür danışıb. Üstəlik, Barselonada «İslam Dövləti» (İŞİD) qruplaşmasının hücumunda 13 nəfərin həlak olmasından sonra deyib ki, islamçıların qəddarlıqla edamı bu cür hücumları önləməyin ən yaxşı yoludur.

«Radikal dəyişikliklər olmalıdır. Prezident hələlik uğur qazanmaq üçün sərgiləməli olduğu sabitliyi, yaxud bacarığı ortaya qoya bilməyib», – Corker Tennessi ştatında deyib.

«Bizə onun uğuru lazımdır. Millətimizə onun uğur qazanması lazımdır. Respublikaçı, yaxud demokrat olmağının məsələyə dəxli yoxdur», – senator söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG