Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:49

Avropadakı zəhərli yumurtalar Azərbaycana gələ bilərmi?


arxiv
arxiv

Britaniya mediası 700 min zəhərli yumurtanın Britaniya bazarlarına daxil olduğunu yazandan sonra bu ölkənin supermarketləri şübhəli yumurtanı satışdan çıxarır.

Satışda olan yumurtların isə üstündə qırmızı rəngli xüsusi işarə var. Bu o deməkdir ki, yumurta Britaniyada istehsal olunub, yəni təhlükəsizdir.

Zəhərli Fipronil maddəsi olan yumurtalar artıq Avropa Birliyinin 15 ölkəsinə və eləcə də İsveçrə və Honq Konqa daxil olub.

Britaniyanın Yumurta Sənayesi adlı qurumun məlumatına görə isə, yumurtanı satışdan yığmaqla iş bitmir, tərkibində zəhərli maddə ola biləcək yumurtalar artıq şirniyatlarda və ya mayonezlərdə istifadə olunub və onlar satışdadır.

Avropada yumurta qalmaqalı: Azərbaycana təsiri
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

Anna, avstraliyalı turist: “Mən bu gün qəzetdə məqaləni görəndə ərimə dedim, nə qədər ki, burdayam, yumurta yeməyəcəm. Çünki Britaniyaya yumurta əsasən Avropadan gəlir. Əlbəttə, siz ümid edə bilərsiniz ki, satılan yumurtaya nəzarət var, ancaq nə bilmək olar? Bəlkə də yoxdur. “

Zəhərli maddə olan yumurtaların mənbəyi isə Hollandiya, Belçika, Almaniya və Fransa fermalarıdır. İyulda Hollandiyanın 147 fermasında yumurtada Fipronil tapıldı. Hollandiyada artıq buna görə 2 nəfər həbs olunub. Fipronilin fermalara təchizatçısı da Hollandiya şirkətidir.

FİPRONİL NƏDİR?

Fipronil Avropa Birliyinin ərzaq sənayesində qadağandır. Bu kimyəvi maddə it və pişiklərdə gənələri, bitləriqırmaq üçün istifadə olunur. Ancaq insan yediyi heyvanlarda, quşlarda onun istifadəsi qadağandır. Çünki o, dəridən də keçir və sonradan məsələn, belə toyuq yumurtlayanda onun yumurtası artıq zəhərlənmiş olur.

Az miqdarda ziyan deyil, ancaqbədənə çoxlu miqdarda daxil olanda , Fipronil qara ciyərə və böyrəyə ziyan vurur.

Buna da bax: Ərzaq 18 faiz bahalaşıb

Bəs Azərbaycan Avropadan yumrta alırmı? Azərbaycana bu qalmaqalın bir ziyanı varmı?

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyir ki, Azərbaycan Avropadan yumurta almır, Azərbaycan qonşu ölkələrdən alır. Ancaq yenə təhlükə var.

Vahid Məhərrəmov: “O zəhərli yumurta problemi olan ölkələrin ixrac problemi yaranacaq. Və işbazlar tapıla bilər ki,gedib o yumurtaları başqa ölkələrin - Belarusun, Rusiyanın adı ilə Azərbaycana gətirəcək. Azərbaycanda isə idxalın keyfiyyətinə lazım olan nəzarət yoxdur”

Avropa Birliyi sentyabrın 26-da nazirlər səviyyəsində bu yumurta qalmaqalını müzakirə edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG