Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 18:22

Gözəl Bayramlı ilə Əfqan Muxtarlının həbs müddəti artırılır


Baş prokurorluq

Baş Prokurorluq Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı barəsində həbs müddətinin artırılmasını istəyir.

Vəkil Elçin Sadıqov AzadlıqRadiosu-na bildirib ki, prokurorluq bununla bağlı məhkəməyə təqdimatla müraciət edib.

Həbs müddətinin uzadılması barədə vəsatətə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Hər iki təqdimat üzrə proses sabah, avqustun 17-də keçirilməlidir.

Hər iki təqdimata hakim Babək Pənahov baxmalıdır.

Buna da bax:​ Gözəl Bayramlı təcridxanada yıxıldığını deyir

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan G.Bayramlı və Ə.Muxtarlı barəsində ilkin olaraq 3 aylıq həbs qəti imkan tədbiri seçilib.

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.

Buna da bax: Vəkili: 'Əfqan Muxtarlının istintaqını yubadırlar'

Gözəl Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicə məqsədilə gedib.

Jurnalist Əfqan Muxtarlı isə Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Buna da bax:​ Vəkil: 'Gözəl Bayramlıya əsa vermirlər'

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

Ə.Muxtarlı, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG