Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 10:20

Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Mürəbbə Festivalına hazırlaşır.

Nazirliyin mətbuat xidməti xəbər verir ki, sayca beşinci olan festivalın təşkilatçılığını Qəbələ Rayon İcra Hakimiyyəti, Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyası həyata keçirəcək.

Qəbələ rayonunda, avqustun 26-da düzənlənəcək festivala 25 xarici ölkə komandası qatılmalıdır. Azərbaycanın 35-ə yaxın bölgəsi və sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələr də festival iştirakçıları arasında olmalıdırlar.

Buna da bax:​ Xaçmazda Dolma festivalı keçirilib

Festivalda iştirakçıların fərqli mürəbbə çeşidləri hazırlayıb, rayona səfər edən qonaqlara nümayiş etdirməsi nəzərdə tutulur.

Ümumdünya Kulinariya Təşkilatının və Ümumdünya İslam Kulinariya Təşkilatının rəhbərliyinin də festivala qatılacağı qeyd edilir.

Nazirlik bildirir ki, festivalın keçirilməsində məqsəd ölkə mədəniyyətini və milli kulinariyasını təbliğ etməkdir.

Festivalın təşkilinə sərf olunacaq vəsaitlər barədə bilgi verilmir.

Azərbaycanda sonuncu belə festival ötən il keçirilib.

Buna da bax: Gürcüstan turizmdə də Azərbaycanı tozda qoyub [video]

Avqustun 27-də Qəbələdə keçirilən həmin festivalda 10 ölkədən gətirilən və yerli mürəbbələr nümayiş edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG