Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 03:15

İyulun 15-də Xaçmazda 2-ci Beynəlxalq dolma festivalı keçirilib. Tədbiri Mədəniyyət və Turizm Nazirliyi, Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyası təşkil edib.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, festivala 12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan 500-dən çox iştirakçı qatılıb. İndoneziya, Özbəkistan, Çin, Cənubi Koreya, Türkiyə, Ukrayna, Meksika və yerli iştirakçılar müxtəlif çeşiddə bişirilən 350 növ dolma nümayiş etdiriblər.

Festivalın qonaqları arasında Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, onların ailə üzvləri, Milli Məclisin deputatları, dövlət rəsmiləri və ictimai xadimlər də iştirak ediblər.

İştirakçılara müxtəlif nominasiya üzrə mükafatlar təqdim olunub.

Azərbaycanda ilk beynəlxalq Dolma festivalı ötən il iyulun 1-də, Abşeron rayonunda keçirilmişdi. Həmin tədbirdə türkdilli dövlətlərlə yanaşı, dünyanın bir neçə ölkəsindən, o cümlədən İndoneziya və Ukraynadan gəlmiş qonaqlar da iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG