Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 23:24

'Turan'da axtarış. Sənədlər aparıldı


"Turan" İA-da axtarış aparılır
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

"Turan" İA-da axtarış aparılır

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti «Turan» İnformasiya Agentliyinə cinayət işi açıb. Avqustun 16-da vergi əməkdaşları «Turan»ın sənədlərini müsadirə edib.

Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, "Turan"ın ofisində bu araşdırma qanun pozuntusudur.

VİDEO

"Bu, "Turan"a qarşı siyası basqıdır"
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

Götürülən sənədlər aktlaşdırılıb

«Turan» İnformasiya Agentliyindən götürülən sənədlər aktlaşdırılıb.

Bunu agentliyin direktoru Mehman Əliyev AzadlıqRadiosuna bildirib.

«Vergi əməkdaşlarının özləri ilə götürdüyü sənədlər aktlaşdırıldı. Onlar üçün şübhə doğuran sənədləri özləri ilə apardılar. Bundan başqa, agentliyin mühasibinin kompyuterini də götürdülər».

M.Əliyev səkkiz nəfər vergi əməkdaşının bütün maliyyə sənədlərini, yazılı və elektron materialları incələdiyini bildirib. Onun sözlərinə görə, jurnalistlərin hazırladığı materiallara toxunulmayıb.

M.Əliyev Vergilər Nazirliyində «Turan» agentliyinə cinayət işinin açıldığını xatırladıb, sənədlərin aparılmasının istintaqla bağlı olduğunu bildirib.

«Biz onsuz da bütün maliyyə sənədlərinin sürətini çıxarmışdıq. Bizə edilmiş xəbərdarlığa uyğun olaraq sabah (17 avqust) vergi qurumuna təqdim edəcəkdik. Nədənsə gözləməyiblər, təcili gəlib özləri götürdülər», - M.Əliyev bildirib.

Sənədlər aparıldı

Saat 14:00-da verilən xəbərə görə, Vergilər Nazirliyinin əməkdaşları «Turan» İnformasiya Agentliyindəki fəaliyyətlərini yekunlaşdırıblar. Onlar gedərkən 2014-cü ildən 2017-ci ilə kimi sənədləri və mühasibin kompyuterini də özləri ilə aparıblar.

Saat 13:30-a olan məlumata görə, vergi nümayəndələri hələ də «Turan» agentliyindədir.

KİV nümayəndələri redaksiyanın daxilinə buraxılmır.

Davamı

Günün bütün mövzuları

XS
SM
MD
LG