Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:32

'Amnesty' iranlı yeniyetmənin edam olunmayacağını bildirir


Edam

«Amnesty International» hüquq-müdafiə təşkilatının İran filialı avqustun 15-də bildirib ki, iddia olunan cinayəti törətdiyi zaman azyaşlı olmuş şəxs son anda əfv edilib və edam olunmayacaq.

Həmin gün insan haqları qrupu hay-küy qaldırmış, Mehdi Bohlouli-nin avqustun 16-na təyin olunmuş edamını ertələməyə çağırmışdı.

Bohlouli ölüm cəzasına 2001-ci ildə, 17 yaşı olanda məhkum edilmişdi. Onun bir nəfəri bıçaqladığı bildirilir.

«Amnesty» Twitter-də yazıb ki, Bohlouli son anda əfv olunub, çünki məhrumun ailəsi «qanpulu» almağa razılaşıb.

«Mehdi Bohlouli edam olunmayacaq», – məlumatda deyilir.

İlin əvvəlindən İran cinayət törədərkən yaşı 18-dən az olan azı 4 nəfəri edam edib.

İran qanunlarına görə, istənilən yaşda törədilmiş qətl, homoseksuallıq, silahlı qarət cəzalandırılır.

«Amnesty»nin məlumatına görə, cinayət törədərkən yaşı 18-dən az olmuş azı 89 nəfər hazırda ölüm hökmünün icrasını gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG