Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 01:27

Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi azalıb.

Bu haqda Dövlət Statistika Komitəsi xəbər verir.

Statistika qurumunun bilgilərinə görə, 2017-ci ilin yanvar-iyul aylarında ölkədə 37 milyard 645 milyon manatlıq ÜDM istehsal edilib. Bu göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz az olduğu bildirilir.

ÜDM-nin təhlilinə görə, bu ilin 7 ayında qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,2 faiz artıb.

DSK neft sektorunun payının isə 6,9 faiz azaldığını bildirir.

Komitəyə görə, qeyri-neft sektorunun ÜDM-dəki xüsusi çəkisi 61,8 faiz olub. Əhalinin hər nəfərinə düşən ÜDM 3875,6 manat təşkil edib.

Bundan əvvəl bu ilin 6 aylıq göstəricisində isə vurğulanırdı ki, qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artıb. Neft-qaz bölməsində isə 6,6 faiz azalıb. Nəticədə ÜDM-nin 1,3 faiz azaldığı qeyd edilirdi. Ötən il isə ÜDM-nin 3,8 faiz azaldığı açıqlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG