Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 13:01

Air Berlin iflas proseduruna başlayıb


Berlin ,Tegel hava limanı

Air Berlin iflas proseduruna başladığını bəyan edib.

Bu barədə avqustun 15-də konsernin özü məlumat yayıb.

Qazeta.ru-nun məlumatına görə, şirkət müntəzəm reysləri davam etdirəcək, hökumətsə restrukturizasiya üçün 150 milyon avroluq kredit ayıracaq.

İflas qərarına səbəb, Air Berlinin əsas səhmdarı olan “Etihad” şirkətinin ziyan edən korporasiyaya dəstək kimi əlavə vəsait ayrımaqdan imtina eləməsi olub.

Bu şirkətin Air Berlində 29,21 faiz payı var.

120 təyyarəsi olan Air Berlin Berlinin Tegel limanından Düseldorva reyslər həyata keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG