Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 12:29

Sənaye məhsullarının istehsalçı qiymətləri 50 faiz bahalaşıb


Dövlət Statistika Komitəsi

Bu ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49.7 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatında belə yazılır.

DSK vurğulayır ki, bahalaşma mədənçıxarma sənayesi üzrə 51.9, emal sənayesi üzrə 32.8, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 59.6 faiz baş verib.

2017-ci ilin iyun ayında may ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri isə 6 faiz ucuzlaşıb.

Ucuzlaşma mədənçıxarma sənayesi üzrə 8, emal sənayesi üzrə 0.4 faiz baş verib. Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə isə bahalaşma davam edib. Bu sahədə son bir ayda 2.2 faiz bahalaşma olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG