Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:09

Madridin “Real" klubunun forvardı Cristiano Ronaldo 5 oyun cəzalandırıldı.

O, İspaniya superkubokunda "Barselona" ilə görüşdə baş hakim Ricardo de Burgosu Bengonceanı itələyib və hakim oyundan sonra bunu protokola qeyd edib.

Cəzanın 4 oyunu hakimi itələdiyinə, bir oyunu isə qırmızı vərəqəyə görə verilib.

İspaniya Futbol Federasiyasının qaydalarında buna görə 4 oyundan 12 oyuna qədər cəza nəzərdə tutulur.

“Real” həmin görüşdə rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Ronaldo oyunun 80-ci dəqiqəsində qol vurarkən formasını çıxardığına görə sarı vərəqə alıb.

Bundan 2 İki dəqiqə sonra isə hakim onun simulyasiya etdiyini əsas gətirərək ikinci sarı vərəqəni göstərib və meydandan qovub.

Günün bütün mövzuları

XS
SM
MD
LG