Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Rusiyada terrorçuluqda şübhəli bilinən qrup yaxalanıb


Foto arxiv

Rusiyanın təhlükəsizlik qüvvələri Moskvanın rayonlarından birində terrorçuluqda şübhəli bilinən qrupu yaxalayıb.

İnterfaksın avqustun 14-də verdiyi məlumata görə, onlar Moskvadakı ticarət mərkəzlərində terror aktlarına hazırlaşırmışlar.

Onlardan birinin Rusiya, 3-nün isə Orta Asiya ölkəsi vətəndaşları olduqları bildirilir.

Saxlananların adları hələlik açıqlanmayıb.

Xüsusi xidmətin məlumatına görə, onlardan biri “İslam dövləti” qrupunun partlayıcı maaddələr üzrə mütəxəssis olan emissarı, ikisi isə terrorçu-intiharçıdır.

Bu il aprelin 3-də Sankt-Peterburq metrosunda tərədilən partlayışda 14 nəfər ölüb,50-ə yaxın adamsa yaralanıb.

Bu işlə bağlı 10 nəfər həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG