Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 13:04

Rayonlarda yağış gözlənilir


Yağış

Avqustun 15-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ancaq səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 21-25, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacaq.

Gecə və axşam bəzi şimal, qərb rayonlarında da şimşək çaxacağı, yağış yağacağı bildirilir. Gecə 20-25, gündüz 32-37, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG