Keçid linkləri

2017, 23 Avqust, çərşənbə, Bakı vaxtı 14:03

Bu il 36381 nəfər tələbə adı qazana bilib. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında ümumilikdə 42804 abituriyent iştirak edib.

Bu açıqlamanı Dövlət İmtahan Mərkəzi yayıb.

“11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib”, – açıqlamada belə deyilir.

Mərkəz bildirir ki, tələbə adını qazanan şəxslər avqustun 15-dən 25-nə kimi sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər:

Buna da bax: Qəbulda keçmişə qayıdış?

“Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmr ali məktəbə göndərilməyəcək”.

Mərkəz nəzərə çatdırır ki, boş qalan yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Buna da bax: Tələbələr etiraz etdi: Nazir müavini gəldi

Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üzrə ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 12-si elan edib.

Bu il Azərbaycanda ilk dəfə qəbul imtahanları iki dəfə keçirilib. Üstəlik imtahanlar pullu olub. İmtahan qiymətləri 10 manatdan 110 manata kimi dəyişib. Yalnız ilk dəfə qəbula qatılan abituriyentlər imtahanlarda pulsuz iştirak edib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG