Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:16

Türkiyədə həbs olunan rusiyalı Renat Bakiev İnterpolda axtarışda imiş


Renat Bakiev

Türkiyədə həbs olunan Rusiya vətəndaşı Renat Bakiev İnterpolda axtarışda imiş.

Bu barədə İnterfaks agentliyi avqustun 11-də hüquq-mühavizə orqanlarına istinadla xəbər verir.

Məlumata görə 23 yaşlı Bakiev Tatarıstanda anadan olub.

Rusiyada ona qarşı xaricdəki qanunsuz hərbi birləşmələrə qoşulma ittihamı ilə cinayət işi açılıbmış.

Agentliyin məlumatına görə, Bakiev hələ 2 il əvvəl Türkiyədə saxlanıb, sonradansa azad olunubmuş.

Kütləvi informasiya vasitələri onun bu günlərdə Türkiyədə yenidən həbs olunması barədə məlumat yayıblar.

Məlumata görə o, dronla Türkiyənin İncirlik bazasında ABŞ-ın hərbi təyyarəsini partlatmağa hazırlaşırmış.

Bakievin bazanın yaxınlığında həbs olunduğu bildirilir.

O, “İslam dövləti” qrupu ilə əlibir olmaqda şübhəli bilinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG