Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:00

Jurnalist Rasim Əliyevin ölümündən 2 il ötür


Rasim Əliyev anılıb… 09avq2017
Rasim Əliyev anılıb… 09avq2017

Bu gün, avqustun 9-da mərhum jurnalist Rasim Əliyevin anım günüdür. Jurnalistin dostları və ictimaiyyət nümayəndələri məzarı başında onun xatirəsini yad ediblər.

Anım mərasimində çıxış edənlər azad mediaya münasibətdə hökumətin siyasətini tənqid ediblər. Jurnalist Şahvələd Çobanoğlu deyib ki, tənqidçi qələm adamlarına basqılar araşdırılmır. Jurnalistlərə qəsd edənlər cəzasız qalır:

Buna da bax:​ Jurnalistin ölüm işi: 'O görüntülərə baxanlar qoyun idi?'

Şahvələd Çobanoğlu: “İstənilən şəxs hesab edir ki, jurnalisti döyə bilər”

“İqtidar azad media nümayəndələrinin üzləşdiyi cinayətlərə hüquqi qiymət verilməsində maraqlı deyil. Elmar Hüseynovun, Rafiq Tağının qatilləri, hələ də, həbs edilməyib. Rasim Əliyevin ölümündə məsuliyyət daşıyan futbolçu Cavid Hüseynov isə azadlığa buraxılıb. Ölkədə cəzasızlıq mühiti yaradılıb. İstənilən şəxs hesab edir ki, jurnalisti döyə bilər".

Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə Rasim Əliyevin ölümündə birbaşa hakimiyyəti günahlandırıb:

İsa Qəmbər: “Hakimiyyət günahkardır”

Buna da bax:​ UNESCO: 'Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb'

İsa Qəmbər jurnalistin yaxınlarına başsağlığı verir.
İsa Qəmbər jurnalistin yaxınlarına başsağlığı verir.

“Elmar Hüseynovun, Rafiq Tağının qətlində olduğu kimi, Rasim Əliyevin ölümündə də hakimiyyəti günahlandırıram. Bu, hakimiyyətdən fərqli danışa bilən insanların qətlidir. Biz qətlə yetirilmiş jurnalistlərin müqəddəs məzarları başına toplaşaraq hər dəfə hakimiyyətə bu qətllərə görə məsuliyyət daşıdıqlarını xatırlatmaqla həm də deyirik ki, heç nəyə nail ola bilməzsiniz”.

O, cəsarətli jurnalistləri qətlə yetirməklə həqiqəti gizlətməyin heç cür mümkün olmadığını vurğulayıb.

“Nə Elmarın, nə Rafiq Tağının, nə də Rasimin qətli həqiqətin söylənilməsinin qarşısını alıb…”.

Buna da bax:​ Jurnalistlərin təhdidi pislənir

Hakimiyyət rəsmiləri isə jurnalistlərin qətli, onların üzləşdiyi həbs və zorakılıqlara görə, tənqidləri qəbul etmirlər. Prezident İlham Əliyev 2005-ci ildə jurnalist Elmar Hüseynov qətlə yetiriləndə qatillərin tezliklə tapılacağını vəd edərək, bu cinayətin üstünün açılmasında hamıdan çox maraqlı olduğunu bəyan etmişdi. Üstəlik, hakimiyyət rəsmiləri bəyan edirlər ki, həbs edilən jurnalistlər peşə fəaliyyətinə görə, yox törətdikləri əməllərlə bağlı məsuliyyətə alınıblar.

Prezident Yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsi ilə qəzetlərə maddi yardım və bir çox jurnalistlərə pulsuz ev verilməsi də dövlətin jurnalistikaya qayğısı kimi təqdim edilir. Hərçənd bəzi həmkarları Azərbaycan kimi ölkələrdə jurnalistlərin dövlətdən pulsuz ev almaqla müstəqilliyini itirdiyini düşünürlər.

Buna da bax:​ Rasim Əliyevin anası: 'Bəs bu işi prezident nəzarətdə saxlayırdı?'

Xatırlatma

Jurnalist Rasim Əliyevi futbolçu Cavid Hüseynovla Facebook şəbəkəsində yaşadığı insident zəminində, 2015-ci ilin avqustun 8-də bir qrup şəxs döymüşdü. Bir gün sonra isə o, Kliniki Tibbi Mərkəzdə vəfat etmişdi.

Bu hadisə ilə əlaqədar Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. İstintaqın sonunda Cavid Hüseynov haqqında cinayət işi ayrılıb.

Cinayəti bilib xəbər verməməkdə suçlanan Cavid Hüseynov 2016-cı il mayın 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ötən il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və o, azadlığa buraxılıb.

Buna da bax:​ Ilham Əliyev Emin Milli və Emin Hüseynovdan danışdı (Yenilənib)

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalisti birbaşa döydükləri bildirilən Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov isə 13 il azadlıqdan məhrum ediliblər.

Jurnalistin müdafiəçiləri məhkəmənin qərarları ilə razılaşmırlar. Onlar hesab edir ki, jurnalistin ölümünə görə, vəfat etdiyi xəstəxananın həkimləri də məsuliyyətə cəlb edilməli idi. Üstəlik, onlar düşünürlər ki, futbolçu Cavid Hüseynovun bu məsələdə məsuliyyəti yalnız cinayəti bilib gizlətməkdən ibarət deyildi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG