Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:17

Qətər 80 ölkəyə viza rejimini sadələşdirib


Foto arxiv

Qətər avqustun 9-da 80 ölkəyə viza rejimini sadələşdirib.

Bu barədə RİA Novosti Qətərin “Visit Qatar” turizm portalına istinadla xəbər verir.

Sənədə əsasən Türkiyə, Almaniya və Fransa da daxil olmaqla 33 ölkənin vətəndaşları ölkəyə girərkən 180 günlük viza ala biləcək və 90 gün ərzində bu ölkədə qala biləcəklər.

Rusiya, Ukrayna və Qazaxıstan da daxil olmaqla 47 ölkənin vətəndaşları isə 30 günlük viza ala biləcəklər.

Amma bu viza daha 30 gün uzadıla bilər.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanə , Misir və Bəhreyn bu yaxınlarda Qətərlə diplomatik münasibətlər və hava əlaqəsini dondurublar.

Onlar Qətəri beynəlxalq terrorçuluğu dəstəkləməkdə günahlandırırlar.

Qətər ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG