Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:21

Yeni prezident əvvəlki prezidentin saraylarını bəyənmədi


Yeni sarayın tikintisi

Daşkənd vilayətinin Kibray rayonunun Baytkurqan kəndində yeni Özbəkistan prezidenti Şavkat Mirziyayeva iqamətgah tikilir.

Sahəsi bir neçə hektar olan iqamətgah vilayətin ən gözəl yerlərindən birindədir.

Kibray rayon icra hakimiyyətindən AzadlıqRadiosunun Özbək Xidmətinə bildiriblər ki, tikintiyə prezident administrasiyasının rəhbərinin müavini, həm də prezidentin kürəkəni Oybek Tursunov başçılıq edir.

Tikintidə çalışan mühəndis adının çəkilməməsi şərtilə AzadlıqRadiosuna deyib ki, iqamətgahın əsas hissəsinin tikintisi başa çatıb və bu hissənin açılışı iyulun 24-də prezidentin ad günündə olub.

İqamətgah 4 metr hündürlüyündə hasarla əhatələnib. Bu iqamətgahın tikintisinə yer eləmək üçün Baytkurqan kəndində onlarla ev sökülüb, küçələr genişləndirilib.

Burda əvvəllər nə olduğunu Google-un xəritəsində görmək olar. Xəritədən görünür ki, burda bağları, hovuzları olan böyük mülklər olub.

Prezident özünə yeni saray tikdirir
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

İqamətgahın içərisinə gəldikdə, adı çəkilməyən mühəndis deyir ki, məsələn, Argentinadan mavi mərmər gətizdirilib. Bu mərmərin bir kvadrat metrinin qiyməti 500 dollardır. Saray Svarovski daşları ilə bəzədilib.

Rayon icra hakimiyyətindən AzadlıqRadiosuna deyiblər ki, evləri sökülənlərə isə torpaq ayrılıb,orda kotteclər tikilir, evi sökülənlərə vəd edilib ki, sentyabrın 1-ə hər bir şəraiti olan yeni kottecin açarını alacaqlar.

Bundan əvvəlki Özbəkistan prezidenti İslam Karimov keçən il öləndə ondan sonra 3 prezident sarayı qaldı. Ancaq onun yerinə gələn Mirziyayev o saraylarda yaşamaq istəmədi. İndi o saraylar boş qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG