Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:09

"Renault" İran şirkətləri ilə 660 milyon avroluq müqavilə imzaladı


Foto arxiv

Fransanın “Renault” avtomobil şirkəti İranla 660 milyon avroluq müqavilə imzalyıb.

Bu barədə avqustun 7-də Azadlıq Radiosu məlumat yayıb.

Birgə müəssisə yaradılması ilə bağlı bu müqavilənin 2 İran şirkəti üçün 3 min iş yeri yaradacağı gözlənilir.

İranın Sənayenin İnkişafı və Yenilənmə Təşkilatı, “Parto Negin Naseh” və Fransanın "Renault" şirkəti üçtərəfli müqavilə əsasındabu ölkədə yeni modellər buraxacaq, həmçinin müştərilərə xidmət göstərmək üçün mərkəz açacaqlar.

"Renault Duster"in ilk iki modeli İranda 2018-ci ilə kimi buraxılacaq.

Tehranın 120 kilometrlik cənub-qərbində yerləşən “Saveh” zavodunda ilkin olaraqil ərzində əlavə 150 minədək “Duster” və “Symbol” avtomobilləri buraxılacaq.

Ümumilikdə isə 2020-ci ilədək İranda il ərzində 2 milyonadək avtomobil buraxılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən il İranla aparıcı dünya ölkələri arasında imzalanmış nüvə sazişindən sonra xarici şirkətlər yenidən İrana dönməyə başlayıblar.

Bu sazişdən sonra İrana qarşı bir çox beynəlxalq sanksiyalar aradan qaldırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG