Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 15:09

Zəvvar sayında yenidən artım var


Azərbaycanlı zəvvarlar həcc ziyarətinə yollandılar.
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə yollandılar. Arxiv

Bu il Azərbaycandan, əvvəllər elan olunduğu kimi, Həcc ziyarətinə 600 yox, 900-ə yaxın şəxsin gedəcəyi gözlənilir.

Bunu Qafqaz Müsəlmanları İdarəsindən deyiblər.

Bu il Həcc ziyarətindən ötrü 3850 dollar məbləğin müəyyən edildiyi bildirilir.

2017-ci ildə zilhiccə (həcc ayı) sentyabrın 23-dən başlanır, zəvvarların ilk dəstəsinin sentyabrın 24-də yola salınması gözlənilir.

Həcc ziyarətinin tərkib hissəsi olan Qurban bayramı sentyabrın 1-i və 2-nə təsadüf edir.

2015-ci ildə baş verən iki devalvasiyadan sonra manatla həcc ziyarətində kəskin bahalaşma var. Son illər həcc gedənlərin sayında kəskin düşüş müşahidə edilir. Ötən il kvota 1500 nəfərdən 1040 nəfərə endirilmişdi. Bu il də həccə cəmi 600 nəfərin gedəcəyi bildirilirdi. 2015-ci ildə isə Azərbaycandan həccə 2400 zəvvar getmişdi. Əvvəlki illərdə bu rəqəm daha yüksək idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG