Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:47

Tillerson-la Lavrov görüşəcək


Rex Tillerson (ortada) Rusiya xarici işlər naziri Sergei Lavrova (solda) yol göstərir. 11 may, 2017

ABŞ-ın dövlət katibi Rex Tillerson-la Rusiyanın xarici işlər naziri Sergei Lavrov avqustun 6-7-də Manilada keçirilən regional forumda görüşməyi planlaşdırırlar. Bu görüş iki ölkə arasındakı gərginliyin artdığı bir məqama təsadüf edir.

Dövlət Departamenti avqustun 5-də bildirib ki, Tillerson Vaşinqtonu tərk edib, ASEAN diplomatları ilə danışıqlara yollanıb. Məlumata görə, görüşlərdə Koreya yarımadasının nüvəsizləşdirilməsi, dənizdə təhlükəsizlik və antiterror məsələləri müzakirə olunacaq.

Buna da bax:​ Medvedev: 'Sanksiyalar qanunu daha yaxşı əlaqələrə ümidləri bitirdi'

Rusiya Xarici İşlər Nazirliyi də Lavrov-un artıq foruma yolladığını bildirib.

ABŞ prezidenti Donald Trump avqustun 3-də Twitter-də yazıb ki, Vaşinqtonun “Rusiyayla münasibətləri indiyədək görünməyən, ən təhlükəli hədd enib”.

Daha öncə isə Trump Moskvaya qarşı yeni sanksiyaları imzalayıb. Rusiyanın baş naziri Dmitry Medvedev bununla ölkəsinə qarşı “tammiqyaslı ticarət müharibəsinin başlandığını” bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG