Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:05

Valideynlər: "Məktəb binasında tualet yoxdur"


İllüstrasiya
İllüstrasiya

“Dərs ili yaxınlaşır. Gəl ki o məktəbə uşaq göndərmək istəmirik. O sinif otaqları uşaqların həyatı, sağlamlığı üçün təhlükəlidir. Hökumət qurumlarına dəfələrlə yazmışıq, xeyri yoxdur”.

Zərdabın Şəftəhal kənd sakinləri növbəti təhsil ilində övladlarını kənd məktəbinə buraxmaq istəmirlər.

Kənd sakini Zaur Qurbanovun deməsinə görə, səbəb məktəb binasının çox köhnə, təmirsiz olması, məktəbdə tədris üçün lazımi ləvazimatların və şəraitin yoxluğudur:

“Məktəbdə qardaşımın üç övladı təhsil alır. İldə iki dəfə Bakıya müalicəyə aparırıq. Sinif otaqları soyuq olur, uşaqların ciyərləri sıradan çıxır, böyrəkləri sidik saxlamır".

Buna da bax: Təhsil krediti 25-28 faiz olanda... [video]

Təhsil krediti niyə əlçatmazdır?
Gözlə

No media source currently available

0:00 0:09:58 0:00

“DƏRSARASI QAÇIB EVƏ GƏLİRLƏR”

Kənd sakinləri deyir, məktəb binasında tualet yoxdur. Oğlanlı-qızlı – bütün şagirdlər həyətdə dörd tərəfi sınıq-salxaq taxtayla bağlanmış, qapısı açıq qalan yerə gedirlər.

Kənd sakini Nazilə Səttarova:

"Uşaqlar ayaqyolu üçün dərsarası qaçıb evə gəlirlər. Məktəbdə heç bir şərait yoxdur. Təhsil şöbəsinə şikayətlərdən sonra gətirib adamların ağzını yummaq üçün yalandan bir-iki şüşəsini dəyişirlər, çöldən görünən yerləri rəngləyirlər. Qışda istilik olmur deyə, rütubət, nəmişlik uşaqların səhhətini pis günə qoyur. Mən uşağı ilboyu bronxitdən müalicə etdirirəm, o, bu xəstəliyə məktəbdəki şəraitsizlik üzündən tutulub".

Zərdab rayon icra hakimiyyəti isə deyir, kənd məktəbinə baxış keçiriləcək, ehtiyac varsa, bina əsaslı təmir olunacaq:

"Sakinlərin müraciəti araşdırılacaq, əgər həqiqətən də məktəb binasının təmirinə ehtiyac varsa, mütləq tədbir görüləcək".

Sakinlərsə bildirirlər ki, məktəb təmir olunmazsa, istiliklə təmin edilməzsə, tədrisə şərait yaradılmazsa, övladlarını qonşu kəndlərdəki nisbətən normal şəraitli məktəblərə aparacaqlar.

Buna da bax: Bir ildir təmirdən çıxmış məktəb

Bir ildir təmirdən çıxmış məktəb
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

XS
SM
MD
LG