Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 21:07

Rusiyada ucqarlarda - orta əsrlərdən qalma yerlərdə istirahət indi dəbdədir. Novqoroddan Estoniya ilə sərhəddə olan İvanqoroda gedib, 2 gün istirahət eləmək 5 min rubldur, yəni təxminən 100 dollardır. Pskov kimi yerlər isə Novqoroda daha yaxın və daha ucuzdur.

Turizm şirkətinin baş direktoru Elena Mineeva: “Bu turlar maraqlıdır, baha deyil, çox vaxt aparmır, tələbat isə yüksəkdir.”

Novqorodda hətta hava limanı yoxdur, bununla belə, bura artıq xaricilər də gəlməyə başlayıb. Hələlik maraq göstərən təkcə çinlilərdir. Onlar Rusların qədim taxta və daş yonmaları ilə maraqlanırlar.

Son illər turizmin başqa növləri də yaranıb. Stalker Vladimir Yudin Novqorodda atılmış sənaye obyektlərinə ekskursiyalara aparır. O deyir ki, bunlara maraq göstərən az deyil və Novqorod sənaye turizmi mərkəzinə çevrilə bilıər. Burda sovet dövründən qalma çoxlu atılmış sexlər, sığınacaqlar var.

Vadimir Yudin:“Biz Novqorodda 60 belə obyekt tapmışıq. Başqa qapalı obyektlər də var.”

Rusiyalılar yayda istitrahətə hara gedir?
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Bəziləri isə yayda ekstremal, ancaq ənənəvi turizmlə - ovla maraqlanır. Son vaxtlar internetdə tazı ilə ov təklifləri çoxalıb. Bunu təklif edənlər deyirlər ki, tazı ilə ov estetik əyləncədir. Bunun mövsümü isə iyulun ortlarından noyabrın ortalarına kimidir.

Ovçu Svetlana Kravchenko: “Tazılar təkcə köməkçi deyil. Onların ovu göz oxşayır. Bu, ləzzətdir. Elə buna görə də adamlar yenidən ova qayıdır “

Ancaq ovla hamı məşğul ola bilmir. Bu, həkim və polis icazəsi ilə silahı olanlar üçündür. Belələri isə Rusiyada çox deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG