Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 01:55

Hesablama Palatası «Azəristiliktəchizat» ASC-nin də maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə dair hesabatı açıqlayıb. Hesabat 2015-ci il aprelin 1-dən 2017-ci il yanvarın 1-nə qədər dövrü əhatə edir.

Sənəd ümumilikdə 51 mln. 202.7 min manat vəsaiti əhatə edir.

Hesabata görə, dövlət müəssisəsi əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərcini, mal-material ehtiyatlarının anbar qalıqlarını növbəti proqnozlaşdırmalarda nəzərə almayıb.

Bundan başqa, ASC-nin subsidiyanı, zərəri artıq proqnozlaşdırdığı, səmərəsiz xərclərə yol verdiyi bildirilir.

Hesabatda həmçinin bildirilir ki, dövlət büdcəsindən ayrılan vəsaitlər lüzumsuz xərclənib, nəqliyyat vasitələri və aqreqatlara artıq yanacaq sərf edilib.

Sənəddə vurğulanır ki, 2015-ci ildə qurumun faktiki zərəri 38 mln. 39.2 min manat olub.

2016-cı ildə isə faktiki zərəri əvvəlki ilə nisbətən 1 mln. 364.9 min manat və ya 3.6 faiz artıb.

Hesabata hələlik «Azəristiliktəchizat» ASC-dən hər hansı bir münasibət bildirilməyib.

Hesablama Palatası bundan əvvəl Sumqayıt şəhər Səhiyyə Şöbəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu» ASC, Bakı Dövlət Universiteti və İctimai Televiziyada nöqsanlar aşkarladığını açıqlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG