Avqustun 1-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Gecə yarımadada 23-26, gündüz 31-36, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da havanın yağmursuz olacağı bildirilir. Gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti təxmin edilir.