Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 07:09

Avqust ayı ilə bağlı hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, avqustda havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq. Ancaq bəzi yerlərdə bunun bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının isə miqdarının iqlim normasından bir qədər az olacağı ehtimal edilir.

Bakıda və Abşeron yarımadasında gecələr 22-27, gündüzlər 31-36, bəzi günlərdə 38-40 dərəcə isti təxmin edilir.

Dağlıq rayonlarda gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 30-33 dərəcə isti gözlənilir.

Mərkəzi-Aran rayonlarında isə gecələr 22-27, gündüzlər 32-37, bəzi günlərdə 39-42 dərəcə isti olacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG