Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:41

Vəkil: “Bədənində güllələr daşıyan məhbus “kars”a salınıb”


İllüstrasiya
İllüstrasiya

"Nardaran əməliyyatı " zamanı güllə yarası alan vəhəbs olunan Şamil Abduləliyev bu, gün, iyulun 30-u köçürüldüyü 15 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (“kars”a) salınıb.

Bunu AzadlıqRadiosuna vəkil Yalçın İmanov deyib.

Vəkil Yalçın İmanov Şamil Abduləliyevin bədənində iki güllə qaldığını və ona görə əsa ilə yeridiyini deyir.

Ancaq vəkil məhbusun neçə sutka “kars” cəzası aldığını bilmədiyini, məsələni gələn həftənin əvvəlində araşdıracağını söyləyib.

Şamil Abduləliyev Dövlət Gömrük Komitəsinin işçisi olub. O, 2015-ci ilin noyabrında Daxili İşlər Nazirliyinin "Nardaran əməliyyatı" nəticəsində ilahiyyatçı Taleh Bağırov və digərləri ilə birlikdə həbs olunub.

Şamil Abduləliyevin üzərində cərrahiyyə əməliyyatı aparılması vəgüllələrin çıxarılmasından ötrü dəfələrlə müvafiq orqanlara müraciət olunsa da, razılıq verilməyib.

Onun anası ötən il vəfat edib. Yaxınları bunu onun oğlunun həbsinə dözməməsi ilə izah edib

Ancaq vəkilin dediklərinə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Buna da bax: Kars nədir və orda nə baş verir?

"Karser" - məhbusların kabusuna çevrilən cərimə kamerası haqqında hər şey burada
Gözlə

No media source currently available

0:00 0:05:35 0:00

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub.

Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (Ancaq hüquq müdafiəçilərinin hesabatlarında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub.

Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Şamil Abduləliyev 14,5 il həbs cəzası alıb.

Daha iki qrupun məhkəməsi davam edir.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər. Yalnız ilkin dindirilmədə işgəncə yolu ilə “etirafa” məcbur edildiklərini bildiriblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Buna da bax: Nardaranda əməliyyatdan keçirilib- [fotolar]

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG