Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 06:11

Atəşkəslə bağlı 30 iyul açıqlaması


Arxiv fotosu

Müdafiə nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 140 dəfə pozublar.

Məlumatda vurğulanır ki, Ermənistanın İcevan rayonundan, Qazax rayonunun Bala Cəfərli, Berd rayonundan da, Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Muncuqlu kəndləri atəşə tutulub.

Buna da bax:​ MN: 'Ermənistan cəbhənin müxtəlif istiqamətlərində...'

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Novruzlu, Mərzili və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Habelə, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Göygöl və Goranboy rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulduğu açıqlanıb.

Buna da bax: 'Bakı və Yeravan Kremlin qurduğu 'qəfəs'dən kənara çıxa bilməz' - Şərhlər

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG