Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 22:22

MN: 'Ermənistan cəbhənin müxtəlif istiqamətlərində...'


Arxiv fotosu

Müdafiə nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəsi 133 dəfə pozublar.

Məlumatda vurğulanır ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarından, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Bala Cəfərli, Berd rayonundan da Tovuz rayonunun Ağbulaq və Muncuqlu kəndləri atəşə tutulub.

Buna da bax:​ Tofiq Zülfüqarov: 'Əliyevlə Putinin son görüşü qeyri-adi idi'

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Acarlı, Novruzlu, Mərzili və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Habelə, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar, Mehdili kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulduğu açıqlanıb.

Buna da bax: 'Məsuliyyət Ermənistanın üzərinə düşür' - Bəyanat

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG