Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:33

ABŞ donanması Körfəzdəki insidentdən danışdı


ABŞ donanması (arxiv fotosu)

ABŞ donanması bildirir ki, Körfəzdəki insidentdə hərəkətləri “təhlükəsiz və peşəkar” olub. Həmin insident zamanı ABŞ vertolyotu İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (IRGC) gəmisinə xəbərdarlıq raketləri atıb.

Donanma iyulun 29-da bildirib ki, vertolyotları beynəlxalq aviaməkanda keşik çəkərkən ABŞ gəmilərinə “yüksək sürətlə” yaxınlaşan bir neçə raket daşıyan İran gəmisi aşkarlayıb.

Buna da bax:​ Trump-dan İrana xəbərdarlıq

Vertolyot gəmilərlə kommunikasiya qurmağa çalışıb, ancaq cavab almadığından xəbərdarlıq raketləri buraxmalı olub. Donanma bildirir ki, nəticədə İran gəmiləri dayanıb.

IRGC isə bildirir ki, insident baş verəndə gəmilər Resalat neft və qaz platformasına yaxınlaşırlarmış.

“Amerikanlar xəbərdarlıq etməklə və siqnal raketləri buraxmaqla provokasion və qeyri-peşəkar addım atıblar”, – bəyanatda deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG