Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 09:28

Beynəlxalq Kosmik stansiyaya 3 nəfərlik heyət göndərilib


Baykonur kosmodromunda kosmosa göndərilən kosmik gəmi

İyulun 28-də Qazaxıstanın Baykonur kosmodromundan Soyuz raketi buraxılıb. Raket Beynəlxalq Kosmik Stansiyaya (ISS) 5 aylıq çalışmaq üçün Rusiya, Birləşmiş Ştatlar və İtaliyadan 3 nəfərlik heyəti aparıb.

Rusiyanın Roscosmos kosmik agentliyi rusiyalı kosmonavt Sergei Ryazansky, NASA-nın astronavtı Randy Bresnik və Avropa Kosmik Agentliyindən Paolo Nespoli-nin olduğu raketin görüntülərini yayıb.

Buna da bax:​ NASA Aya və Marsa uçacaq ilk 12 astronavtı təqdim edib

Bir neçə saatdan sonra, iyulun 29-da heyət Beynəlxalq Kosmik Stansiyaya çatıb. Bu stansiya 400 km yüksəklikdə Yerin orbitində fırlanır.

Hazırda stansiyada NASA-dan Jack Fischer Peggy Whitson, Rusiyadan Fyodor Yurchikhin çalışır.

100 milyard dollarlıq ISS 1998-ci ildən Yerin orbitindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG