Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 05:51

Şimali Koreya liderindən raketləriylə bağlı iddia


Şimali Koreya lideri Kim Jong-Un

Şimali Koreya lideri Kim Jong Un iyulun 29-da deyib ki, indi onun qitələrarası ballistik raketləri Birləşmiş Ştatların hər yerinə çata bilər.

Bu arada ABŞ prezidenti Donald Trump and içib ki, vətənini qorumaqdan ötrü “bütün gərəkən addımları atacaq”.

Buna da bax:​ Amerikalılara Şimali Koreyaya getmək qadağan olunur

Kim-in bəyanatından bir gün öncə Pxenyan qitələrarası ballistik raketinin (ICBM) ikinci sınağını keçirib. Rəsmiləri bu raketin birincidən daha uzun məsafə qət etdiyini deyiblər. Ekspertlərin fikrincə, bu raket Los Anceles yaxud Çikaqoya belə çata bilər.

Kim də sınağın “tamamilə uğurlu” olduğunu bildirib.

Trump isə bu raketin buraxılmasını “təhlükəli” adlandırıb, Pxenyana xəbərdarlıq edib ki, ambisiyaları əks-təsirlə sonuclana bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG