Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 03:04

Amerikalılara Şimali Koreyaya getmək qadağan olunur


Otto Uormbir

ABŞ hökuməti gələn həftədən amerikalı turistlərə Şimali Koreyaya səfər etməyi qadağan edəcək. Bu barədə BBC telekanalı tur agentlərin birinə istinadən xəbər yayıb.

Hər il orta hesabla Şimali Koreyaya mindən çox turist gedir.

Bundan öncə Şimali Koreyaya gedən 22 yaşlı amerikalı tələbə Otto Uormbir orada 15 aylıq həbs cəzasından sonra koma vəziyyətinə düşdüyünə görə bu günlərdə ABŞ hakimiyyətinə təhvil verilmişdi.ABŞ-a gələndən bir həftəsonra həkimlərin beyin hüceyrələrinin ölməsi diaqnozu qoyduqları gənc vəfat etmişdi.

Şimali Koreyaya turist kimi gedən Otto Uormbir, guya ki, bu ölkədəki hotellərdən birində təbliğat xarakterli plakatı cırdığına görə həbs olunmuşdu.

ABŞ prezidenti Donald Trump tələbənin ölümündə Şimali Koreya rəhbərliyini günahlandırıb. Pxenyan isə bildirib ki, tələbənin ölümündə günahkar deyil, amerikalı məhbusa qarşı beynəlxalq normaların tələblərinə uyğun davranıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG