Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:02

Ağ Ev: 'Trump Rusiyaya sanksiyalar layihəsini imzalayacaq'


Sarah Huckabee Sanders

Ağ ev iyulun 28-də axşam elan edib ki, prezident Donald Trump Rusiyaya sanksiyalar nəzərdə tutan qanun layihəsini imzalamağa qərar verib. Konqresin yekdilliklə təsdiqlədiyi layihə Rusiyaya ABŞ-da ötənilki prezident seçkisinə iddia olunan müdaxiləsinə görə sanksiyalar nəzərdə tutur.

Ağ evin sözçüsü Sarah Huckabee Sanders deyib ki, Trump layihənin ilkin versiyasının “əsas elementlərinin” razılaşdırılmasında iştirak edib. Bu detal barədə Ağ ev daha öncə açıqlama verməmişdi.

Buna da bax:​ Trump-ın yaxın adamları “Rusiya əlaqələri” ilə bağlı suallara cavab veriblər

“İndi o, yekun versiyanı nəzərdən keçirib…, layihəni təsdiqləyir və onu imzalamaq niyyətindədir”, – o deyib.

Bu açıqlamadan öncə Rusiya qanunvericiliyə qarşı cavab tədbirlərini elan edib, Rusiyadakı ABŞ diplomatik heyətinin azaldılmasını, ABŞ diplomatik mülkiyyətinin müsadirəsini əmr edib.

Rusiyanın xarici işlər naziri amerikalı həmkarına deyib ki, qanun layihəsindəki “düşmən” addımlarına baxmayaraq, Moskva münasibətlərin yaxşılaşdırılmasına çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG