Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:25

Trump-ın yaxın adamları “Rusiya əlaqələri” ilə bağlı suallara cavab veriblər


Prezident Trump-ın kürəkəni Jared Kushner (solda) və seçki kampaniyasının rəhbəri Paul Manafort
Prezident Trump-ın kürəkəni Jared Kushner (solda) və seçki kampaniyasının rəhbəri Paul Manafort

ABŞ prezidenti Donald Trump-ın 2016-cı ilin seçki kampaniyasının iki əsas üzvü iyulun 25-də Rusiyanın ABŞ seçkisinə iddia edilən müdaxiləsini və Trump-a yaxın adamların Rusiya ilə mümkün sövsdələşmələrini araşdıran Konqres təhqiqatçıları ilə görüşüblər.

Trump-ın kürəkəni və müşaviri Jared Kushner ikinci gündür ki, Konqresdə şəxsi görüşlər keçirir.

O iyulun 25-də ABŞ millət vəkilləri ilə danışıqlar apararkən, həm də bağlı qapılar arxasında Konqresin Kəşfiyyat Komitəsi ilə söhbətdə olub.

Elə həmin müddətdə Trump-ın seçki kampaniyasının rəhbəri olmuş Paul Manafort Senatın Kəşfiyyat Komitəsinin üzvləri ilə görüşüb.

Manafort-un sözçüsü Jason Maloni deyib ki, onun rəhbəri “suallara tamlığı ilə cavab verib”.

Bu təhqiqatla yaxından tanış olan mənbə Associated Press agentliyinə deyib ki, Manafort rusiyalı vəkillə 2016-cı ildə Trump Tower otelində görüş zamanı götürdüyü qeydləri təqdim edib.

2016-cı ilin iyununda rusiyalı vəkillə Trump-ın böyük oğlunun görüşündə Manafort və Kushner də iştirak etmişdilər və onların Konqres və Senat komitələrinin görüşünə çağırılmaları da bununla əlaqədar idi.

Kushner iyulun 24-də Senatın kəşfiyyat palatası qarşısında ifadə verib.

O Trump-ın seçki kampaniyası ərzində rusiyalılarla dörd dəfə görüşdüyünü, lakin bu görüşlər zamanı qanunsuzluğa yol vermədiyini deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG