Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 13:26

Qazaxıstanın da restrukturizasiya ilə razılaşdığı deyilir


Qazaxıstan pensiya fondunun banneri

Qazaxıstan Milli Bankının da Azərbaycan Beynəlxalq Bankının borcunun restrukturizasiyası ilə bağlı variantı qəbul etdiyi bildirilir. Restrukturizasiya kreditin və ya onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir.

“Turan” Agentliyinin xəbərinə görə, Qazaxıstan hökuməti birgə borcun Azərbaycanın 15 illik suveren istiqrazları və illik 3,5 faizlik kuponla əvəz edilməsi variantını qəbul edib.

Buna da bax:​ 'Çudo Peçka'nın sahibi həbs olunub

Sözügedən variantı ABB kreditorlarının ümumilikdə 50 faizdən çoxunun seçdikləri bildirilir.

“ABB-nin məlumatına görə, restrukturizasiya proseduru sentyabrın birinci yarısında başa çatacaq. Hazırda Qazaxıstan Milli Bankı plana uyğun olaraq, pensiya aktivləri üzrə əvəzin ödənilməsi üçün zəruri işləri görür", - deyə Qazaxıstan Milli Bankının məlumatında bildirilir.

Beynəlxalq Bankın qiymətli kağızlarına Qazaxıstan Pensiya Fondundan 250 mln dollar investisiya qoyulub.

Buna da bax: ABB restrukturizasiya planına dəyişikliklər edib

Xatırlatma

Azərbaycan Beynəlxalq Bankı (ABB) bir müddət öncə 3,3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət etmişdi. Onun öhdəlikləri dövlətə ötürülür.

ABB-nin sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsait xərclədiyi bildirilir.

Mayın 23-də xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə ilk görüşü keçirilmişdi. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunmuşdu. Planda üç həll variantı təklif edilirdi.

Birinci varianta əsasən, əsas 2,38 milyard dollarlıq borc 20 faiz güzəştlə 12 illik dövlət istiqrazları ilə əvəzlənməlidir. İstiqrazların gəlirliliyi illik 5,1 faiz təşkil etməlidir.

Buna da bax:​ X. Əhədov: 'Beynəlxalq Bankın restrukturizasiyası plan üzrə gedir'

İkinci varianta görə, borc illik gəlirliliyi 3,5 faiz olan 15 illik istiqrazlarla əvəzlənir.

Üçüncü variant isə borcun gəlirliliyi 3,5 faiz olan 7 illik istiqrazlar ilə əvəzlənməsini nəzərdə tutur.

ABB-nin kreditorları təklif edilən plandan narazı qalmışdılar. Daha sonra plana əsas məsələlər saxlanmaqla bəzi dəyişikliklər edilmişdi.

İyulun 18-də kreditorlar ABB-nin öhdəliklərinin könüllü restrukturizasiyası planını qəbul ediblər. Kreditorların 1,7 faizinin birinci, 50,2 faizinin ikinci, 48,1 faizinin isə üçüncü variantları seçdikləri deyilir.

Buna da bax:​ Kreditorlar ABB-nin borclarının restrukturizasiyasına etiraz edir

ABB-nin İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG