Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 16:48

Kosta-Rikanın Azərbaycanda səfirliyi açılacaq


XİN

Azərbaycanda yaxın zamanlarda Kosta-Rikanın diplomatik missiyasının açılması gözlənilir. Bunu Azərbaycan Xarici İçlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun deməsinə görə, açılışın avqust ayında olacağı gözlənilir. H.Hacıyev deyib ki, bu məsələ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun bir müddət öncə Kosta-Rikaya səfəri çərçivəsində də müzakirə edilib:

«Bununla əlaqədar yaxın günlərdə Kosta-Rikanın Azərbaycanda müvəqqəti işlər vəkili Jairo Francisco López Bolaños-un Bakıya səfəri gözlənir. Onun səfər çərçivəsində diplomatik missiya üçün müvafiq yerin axtarışı və digər inzibati məsələlərlə məşğul olacağı gözlənilir».

Bu il iyunun əvvəlində xarici işlər naziri Elmar Məmmədyarov Kosta-Rika Respublikasına səfər etmişdi.

Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel González Sanz və digər rəsmi şəxslərlə görüşüb.

Kosta-Rika Şimalı Amerikada yerləşir. Paytaxtı San-Xose şəhəridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG