Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 21:56

Bu gün, iyulun 27-də Azərbaycan Kooperasiya Universitetində təkrar imtahan keçirilir.

Xəbəri Dövlət İmtahan Mərkəzi (DİM) yayıb.

DİM-in qaydalarına uyğun abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və «İmtahana buraxılış vərəqəsi»ni gətirməlidirlər. Əks halda, göstərilən sənədlərdən biri olmadıqda abituriyent imtahana buraxılmır.

İyulun 22-də DİM I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. İmtahan zamanı Bakının Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib.

Yanğın imtahan aparılan binaya keçməsə də, tüstülənmə olub, 10-a yaxın müəllim və abituriyent tüstüdən zəhərlənib. Bundan sonra təhlükəsizlik məqsədilə imtahan keçirilməsi yarımçıq dayandırılıb. DİM bu universitet binasında keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin yenidən imtahan verməsi haqda qərar qəbul etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG