Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 20:21

Büdcə təşkilatları ilə bağlı prokurorluğa müraciət olunub


Manat

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin birinci yarısında dövlət büdcəsindən 5 rayona ayrılmış vəsaitlərin xərclənməsini yoxlayıb. Yoxlama, əsasən, icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların təmirinə ayrılan vəsaitləri əhatə edib.

Bu haqda nazirliyin məlumatında bildirilir.

Məlumatda təhsil, tibb, digər büdcə təşkilatlarına ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinin də yoxlanıldığı bildirilir. Nazirlik pozuntular aşkarladığını açıqlayıb. Təyinatdan kənar xərclənmiş bir neçə min manatın dövlət büdcəsinə qaytarılmasının təmin olunduğu bildirilir.

Altı büdcə təşkilatında aparılmış yoxlamalarda 1 milyon 762.9 min manat həcmində nöqsanlara yol verildiyi açıqlanıb və bununla bağlı materiallar Baş Prokurorluğa göndərib.

Üstəlik, 107.5 min manat məbləğində əsassız ödənişlər edildiyi bildirilib və həmin məsələlərlə də bağlı materiallar Mingəçevir şəhər, Lənkəran, Beyləqan və Laçın rayon prokurorluqlarına verilib.

Şəki şəhər İcra Hakimiyyəti başçısının Turan qəsəbəsi üzrə inzibati ərazi dairəsində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında və Neftçala Rayon Kommunal Müəssisələri Kombinatında da nöqsanlar aşkarlandığı deyilir. Həmin nöqsanlara hüquqi qiymət verilməsindən ötrü isə Baş Prokurorluğa müraciət edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG