Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 19:51

Vəkil: 'Gözəl Bayramlının ayaqları tutula bilər'


Gözəl Bayramlı

“Gözəl Bayramlı sərbəst oturub-qalxa bilmir. Ondan ayrılanda ayağa mənim köməkliyimlə qalxdı”.

Bu gün, iyulun 25-də Bakı İstintaq Təcridxanasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı ilə görüşən vəkili Zibeydə Sadıqova AzadlıqRadiosu-na açıqlamasında belə deyib.

Vəkil AXCP sədrinin müavininin səhhətindəki problemlərin şiddətlənməkdə olduğunu bildirib.

Buna da bax:​ Vəkil : “Gözəl Bayramlının dizində iltihab yaranıb ”

“Səhhətində problemlər qalır. Ayağındakı ağrıların dəhşətli hal adlığını deyir. Onu bu günlərdə həkimlər də yenidən yoxlayıblar. Həkimlər ona bildiriblər ki, ayağının durumu olduqca pisdir, ayaqlarının tutulması təhlükəsi yaranıb”, - vəkil bildirib.

Vəkil Zibeydə Sadıqova
Vəkil Zibeydə Sadıqova

Z. Sadıqova deyir ki, G.Bayramlının telefon hüququna məhdudiyyətlər də aradan qaldırılmayıb.

“Telefonla dostları, qohumları ilə əlaqə saxlaya bilmir. Təcridxana rəhbərliyi buna icazə vermir. Ancaq evlərinə zəng etməsinə icazə verirlər”, – deyən vəkil G.Bayramlının üzləşdiyi pozuntulara qiymət verilməsindən ötrü gərəkli hüquqi addımların atıldığını da qeyd edib.

Buna da bax: Cəbhəçilərdən Ədliyyə Nazirliyinə etiraz

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Dünən, iyulun 24-ü bir qrup cəbhəçi Gözəl Bayramlının hüquqlarının pozulduğunu bildirərək Ədliyyə nazirliyinin önündə də yürüş keçirmişdilər. Onda da nazirlikdən aksiya iştirakçılarına hər hansı bir münasibət bildirilməmişdi. Aksiyanı polis dağıtmışdı.

Vəkilləri Gözəl Bayramlının osteoartrit (oynaq xəstəliyi) xəstəliyindən əziyyət çəkdiyini bildirir.

Buna da bax:​ Ombudsman aparatı 3 dustaq haqqında məlumat yayıb

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.

«İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib», - deyə məlumatda vurğulanır.

Buna da bax:​ Gözəl Bayramlı: 'Başıma bir iş gəlsə...'

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib. Son illər Gürcüstanda 2 dəfə əməliyyat olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG