Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 18:33

'Dəniz kuboku - 2017' müsabiqəsinin qaydaları açıqlanıb


Bakıda keçiriləcək "Dəniz kuboku - 2017" beynəlxalq müsabiqəsi...

Bakıda keçiriləcək "Dəniz kuboku - 2017" beynəlxalq müsabiqəsinin qaydaları açıqlanıb.

Yarışma artilleriya atəşlərinin yerinə yetirilməsi, gəmilərin dayanıqlığı uğrunda mübarizə, xilasetmə və dəniz hazırlığı üzrə üç mərhələdə keçiriləcək.

Bu haqda xəbəri Müdafiə nazirliyi yayıb.

Nazirlik bildirir ki, müsabiqədə məqsəd iştirakçı ölkələrin Silahlı Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaradılmasıdır.

Buna da bax:​ Rusiya gəmiləri Azərbaycanda yarışacaq

Yarışlara 300 nəfər şəxsi heyətin qatılması nəzərdə tutulur.

Xatırlatma

Bakının ev sahibliyi etdiyi "Dəniz kuboku - 2017" müsabiqəsi avqustun 1-dən 11-dək sürəcək.

İyulun 23-ü Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının «Qrad Sviyajsk» kiçik raket və «SB-45» xilasetmə yedək gəmisi yarışda iştirak etmək məqsədilə Bakıya gəlib.

Buna da bax: Bakı Şəhər İcra Hakimiyyəti və bulvar idarəsini Formula-1-ə görə məhkəməyə verdilər

Bundan əvvəl, iyulun 22-də isə İran Hərbi Dəniz Qüvvələrinin «Peykan», «Cövşən» raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin «Qazaxıstan», «Sarıarka» raket-artilleriya, «Jayık» hidroqrafiya gəmiləri Bakıya gəlib.

Yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG