Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:40

İyulun 23-ü Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının «Qrad Sviyajsk» kiçik raket və «SB-45» xilasetmə yedək gəmisi Bakıya gəlib.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Onlar Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək «Dəniz Kuboku-2017» beynəlxalq yarışlarında iştirak edəcəklər.

Bundan əvvəl, iyulun 22-də isə İran Hərbi Dəniz Qüvvələrinin «Peykan», «Cövşən» raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin «Qazaxıstan», «Sarıarka» raket-artilleriya, «Jayık» hidroqrafiya gəmiləri Bakıya gəlib.

Avqustun 1-dən 11-dək keçiriləcək yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG