Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 01:01

Yanğına görə abituriyentlər yenidən imtahan verir


İmtahan

Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanları yanğın üzündən başa vura bilməyən abituriyentlərə yenidən, iyulun 27-də bu imkan yaradılacaq.

Xəbəri Dövlət İmtahan Mərkəzi (DİM) yayıb.

Xəbərə görə, həmin binada imtahan verən abituriyentlərə «imtahana buraxılış vərəqəsi» iyulun 25-də gün ərzində DİM-in saytında yerləşdiriləcək.

XATIRLATMA

İyulun 22-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin I və IV ixtisas qrupları üzrə imtahanları keçirilib.

Həmin gün imtahan zamanı Nərimanov rayonunda, Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə baş verib və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün iştirakçıların imtahan binasından təxliyəsi barədə qərar qəbul olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG