Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 11:29

Elmar Məmmədyarov Macarıstana gedib


Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov iyulun 23-ü Macarıstana gedib. Xəbəri Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Səfər proqramına Macarıstanın xarici işlər və ticarət naziri Péter Szijjártó və digər rəsmi şəxslərlə görüşlər daxildir.

Xəbərə görə, danışıqların yekununda iki ölkə xarici siyasət idarələrinin rəhbərləri birgə mətbuat konfransı keçirməlidirlər.

Görüşlərdə iki ölkə arasında əməkdaşlıq və regional məsələlərin müzakirə ediləcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG