Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 07:49

ABŞ-ın Bakıdakı səfiri Robert Cekuta Kürdəmirdə rayon mərkəzi kitabxanasında “Amerika guşəsi”nin açılışında iştirak edib.

Səfirliyin iyulun 20-də yayılmış məlumatına görə, Cekuta açılışda etdiyi çıxışında guşənin yerli icmadan ötrü əhəmiyyətindən danışıb.

Səfir Cekuta Kürdəmirin Mərkəzi Kitabxanasına yeni avadanlıq, texnika, lazımı materiallar və kitablar hədiyyə edib.

Kürdəmirdəki “Amerika Guşəsi”ndə ingilis dilini öyrənmək və təhsil proqramları ilə tanış olmaq olar.

Açılış mərasimində Kürdəmir rayonunun İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak ediblər.

“ Amerika Guşəsi” proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi və güşənin Gəncə, Kürdəmir, Salyan, Xaçmaz şəhərlərində yerləşən regional mərkəzlər daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG