Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 02:56

I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək


Abituriyentlərin ikinci şansı
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Abituriyentlərin ikinci şansı

İyulun 22-də 2017/2018-ci tədris ili üzrə ölkənin ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

Xəbəri Dövlət İmtahan Mərkəzi (DİM) yayıb.

Xəbərə görə, imtahan 11 şəhərdə keçiriləcək. İmtahanda 27 min 961 abituriyentin iştirakı gözlənilir. Onlardan 23 min 510 abituriyent I qrup üzrə, 4 min 451 abituriyent də IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 25 min 500 nəfəri Azərbaycan bölməsinin, 2 min 461 nəfəri rus bölməsinin məzunudur.

Abituriyentlərin 16 min 437 nəfəri oğlanlar, 11 min 524 nəfəri isə qızlardır.

İmtahan bütün binalarda eyni vaxtda-saat 11:00-da başlamaqla 3 saat davam edəcək.

XATIRLATMA

Bundan əvvəl, iyulun 14-də II və III üzrə imtahanlar keçirilmişdi.

Bu il Azərbaycanda ali məktəblərə qəbul imtahanları ilk dəfə olaraq iki dəfə keçirilir. İlk qəbul imtahanları aprelin sonu, mayın əvvəlində keçirilib.

Üstəlik, bu il qəbul imtahanları pullu olub.

Yeni dəyişikliyə görə, orta ixtisas təhsil müəssisələrinə qəbulla bağlı imtahanlarda ilk dəfə iştirakda imtahanlar pulsuz olur. Daha doğrusu, ödəniş dövlətin üzərində düşür. Bundan başqa, ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə də ilk dəfə qəbul olmaq istəyənlər imtahanlarda ödəniş etməyiblər. Qalan imtahanlar pulludur. Məbləğ 10 manatdan 100 manat arasında dəyişir.

Günün bütün mövzuları

XS
SM
MD
LG