Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 05:51

Bu gün, iyulun 20-si Azərbaycan jurnalistlərindən ötrü Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda üçüncü binanın təməli qoyulub.

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev binanın təməlqoyma mərasimində iştirak edib.

İyulun 19-da Azərbaycan prezidenti KİV əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycanın kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlara növbəti yaşayış evinin tikintisi ilə bağlı 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat ayrılıb.

Hökumətin jurnalistə ev verməsinə necə baxırsız? [Bakıda sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Bu gün, iyulun 20-də isə jurnalistlərə tikilən ikinci binada mənzillər prezidentin iştirakı ilə paylanıb. Həmin binada 255 mənzil olub. İlk belə bina isə 2013-cü ildə jurnalistlərin ixtiyarına verilib.

Ancaq bəzi müstəqil jurnalistlər dövlətdən ev almağı düzgün saymırlar. Onların fikrincə, Azərbaycan kimi azadlıqların boğulduğu ölkədə bu jurnalistləri hakimiyyətdən asılı vəziyyətə salır. Üstəlik, Azərbaycanda hazırda 10-dan çox jurnalist, bloqqer həbsdədir. Bəzi həmkarlarının fikrincə, onlar məhz peşə fəaliyyətlərinə görə həbs ediliblər.

Hərçənd, hakimiyyət təmsilçiləri belə fikirləri qəbul etmirlər. Onlar isə deyirlər ki, həmin şəxslər peşələrinə görə yox, törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG