Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 19:31

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ən azı bu ilin sonadək yubanacaq.

Bu haqda Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətləri rəhbərlərinin üçtərəfli görüşündə məlumat verilib.

Görüşdə iştirak edən Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkci bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin tikintisini 2017-ci ilin sonunadək başa çatdırmağı planlaşdırırlar.

«Bundan öncə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası ilə bağlı müəyyən problemlər oldu. Ancaq bu problemləri artıq arxada buraxmışıq. Hazırda layihə ilə bağlı işlər gücləndirilmiş rejimdə davam etdirilir», - nazir bildirib.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti isə bu gün, iyulun 19-da Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşması istiqamətində işlərin sürətlə davam etdirildiyini bildirib.

Cəmiyyət dəmir yolunda görülən işləri əks etdirən videogörüntülər paylaşıb.

XATIRLATMA

«Bakı-Tbilisi-Qars» (BTQ) dəmiryolu xətti layihəsini 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mikheil Saakashvili və Türkiyənin ozamankı baş naziri Recep Tayyip Erdoğan imzalayıb. Həmin il noyabrın 21-də BTQ-nin təməli qoyulub.

Bu dəmir yolunun açılışı dəfələrlə ertələnib. 2016-cı ilin əvvəlində Türkiyə prezidenti R.T.Erdoğan dəmir yolunun həmin ilin dekabrında açılacağını bildirmişdi. 2016-cı ilin sonlarında Türkiyənin baş naziri Binali Yıldırım demişdi ki, sözügedən tikinti 2017-ci ilin birinci rübündə tamamlanacaq və dəmir yolu işə başlayacaq.

Sonuncu dəfə fevralda Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan vurğulamışdı ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu bu ilin ortalarında istismara veriləcək.

Azərbaycan Dövlət Neft Fondunun (ADNF) məlumatına görə, həmin layihəyə 2016-cı ilin oktyabrın 1-nə 619.8 milyon ABŞ dolları vəsait ayrılıb. Azərbaycan hökuməti bu layihənin gerçəkləşməsində çox maraqlıdır. Qərb dairələri BTQ-ni dəstəkləməyib. Bu layihə Ermənistandan yan keçir.

ADNF-nin builki büdcəsində layihəyə əlavə olaraq 165 milyon 825 min manat ayrılması nəzərdə tutulub.

Layihənin ümumu xərci tam olaraq açıqlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG